Gündəm / Dünya
29 may 2024
0
Bu şəxs Putinin varisidir? - DETALLAR AÇIQLANDI
Putinin keçmiş mühafizəçisi və Tula vilayətinin keçmiş qubernatoru Aleksey Dyumin Rusiya Dövlət Şurasının katibi vəzifəsinə təyin edilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İnauqurasiyadan sonra Vladimir Putin Aleksey Dyumini özünə köməkçi təyin edib.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, Dyumin müdafiə sənayesi və Dövlət Şurası məsələləri ilə məşğul olacaq, həmçinin prezident administrasiyasında idmana nəzarət edəcək.
Aleksey Dyumin bundan əvvəl Prezidentin Mühafizə Xidmətində xidmət edib.
Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov qeyd edir ki, Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin olunmasından təşvişə düşüb. Bu, Dyuminin gələcək prezident postu üçün Putinin seçimi olduğunun təsdiqi kimi qiymətləndirilir.
“Uzun müddətdir ki, belə söz-söhbətlər dolaşır. Dyumin Putinin mühafizəçisindən, kəşfiyyatçılar arasından üzə çıxıb. Sonradan Tula vilayətinin qubernatoru kimi özünü uğurla sübut edib. İndi isə Dövlət Şurasının katibi kimi Dyumin federal səviyyədə Rusiyanın əsas elitasına rəhbərlik edəcək. Bu, bir çoxlarının fikrincə, Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi görməsi fikrini təsdiqləyir”, – Markov Telegram kanalında yazıb. (Bizim.Media)
Daha çox xəbər:
Şoyqu, Patruşev, Belousov ÜÇBUCAĞI – Kremldəki vəzifə dəyişikliklərinin PƏRDƏARXASI
Dünyaİlham Əliyev və Putinin ikitərəfli görüşü olacaq
Gündəm / SiyasətKreml Putinin koronavirusa qarşı peyvənd olunmamasına aydınlıq gətirib
Siyasət / DünyaPeskov Putinin yerini açıqladı
DünyaPutin Türkiyəyə prezident seçkilərindən əvvəl gedə bilər
Gündəm / Dünya