Gündəm / İqtisadiyyat
31 may 2024
0
AZTAF-ın dörd texniki yardımı tamamlanmaq üzrədir
Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə 9 texniki yardımdan 4-ü yekunlaşmaq üzrədir.
Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Steffi Stallmeister AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantısında deyib.
O bildirib ki, AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan və ümumi büdcəsi 5,25 milyon avro olan üç illik texniki yardım proqramıdır: "Proqram əsas tərəfdaş kimi Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, eləcə də digər dövlət qurumları ilə məsləhətləşmələr əsasında yaradılıb. Məqsədi Azərbaycanın 2030-cu ilə Milli Prioritetləri və 2022-2026-cı illər üzrə Milli Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq Azərbaycan hökumətinə məsləhət və analitik dəstək göstərmək və onun potensialını gücləndirməkdir".
Daha çox xəbər:
Prezident Roland Praysı qəbul etdi
Gündəm / SiyasətAİ Azərbaycanda 500-dən çox ehtiyacı olan ailəyə yardım edəcək
Cəmiyyət / SosialAnar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80%-i tamamlanıb”
Gündəm / CəmiyyətMüdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?
Gündəm / İqtisadiyyatValeh Ələsgərova yeni VƏZİFƏLƏR VERİLDİ
Gündəm / Siyasət