Gündəm / Cəmiyyət
03 iyun 2024
0

İran-Çin münasibətlərində GƏRGİNLİK – “Üç ada” böhranı Tehranla Pekinin dostluğunu POZACAQ?



Pakistanın ardınca Çinin də İranla münasibətlərində gərginlik yaranıb.

Belə ki, İranla BƏƏ arasında mübahisəli 3 ada məsələsilə əlaqədar olaraq Çinin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. “İRNA” agentliyinin məlumatına görə, buna səbəb "Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi" olub.

Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib

Bildirilib ki, İran İslam Respublikası 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.

Qeyd edək ki, sanksiyalar altında olan İranın hazırda Çinlə münasibətləri yüksək səviyyədədir. Artıq Çinin İranın əsas müttəfiqini çevrildiyini də əminliklə deyə bilərik. Belə ki, 2021-ci ilin yazında iki ölkə arasında 25 illik dövrü əhatə edən əməkdaşlıq sazişi imzalanıb. Həmin müqaviləyə əsasən, Çin İran iqtisadiyyatının müxtəlif sektorlarına 400 milyard dollar həcmində investisiya yatıracaq.

Buna baxmayaraq Tehran Çinin BƏƏ-in mübahisəli 3 ada məsələsində mövqeyini dəstəkləməsinə görə, Pekinə etiraz notası göndərib.

Yaranmış vəziyyətdə İran əsas müttəfiqini itirə bilərmi?

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İran heç zaman bu cür xırda ziddiyyətləri böyüdüb Çinlə münasibətləri pozmaz. Əksinə, onların daha da yaxınlaşmaq ehtimalı daha çoxdur:

“İran mübahisəli adalarla bağlı çox həssas davranır. Tehran 3 adanın İrana məxsus olmaması ilə bağlı hər hansı protokol və sənədə qol çəkən dövlətlərə dərhal etirazını bildirir. Bundan əvvəl Rusiyaya da anoloji etirazını bildirmişdi. Ancaq Tehranla Moskvanın münasibətləri göz qabağındadır. Bu münasibətlər nəinki pozulmadı, əksinə bir-birinə bir qədər də yaxınlaşıblar.

Yaranmış vəziyyətdə İranın Çinlə də münasibətləri pozulmayacaq. Çünki Çin İran, İran da Pekin üçün mühüm əhəmiyyətə malik dövlətlərdir. Bu da onu göstərir ki, yaranmış bu kimi məsələlər İran Çin münasibətlərini poza bilməz. Sadəcə olaraq, Çin İranın bu məsələdə həssaslığını yəqin ki, bundan sonra nəzərə almağa çalışacaq”.

Ekspert qeyd edir ki, İranla münasibətlərin pozulması Çinin də maraqları xaricindədir:

“Çinin də problemləri kifayət qədərdir. Pekin Nyu-Dehli ilə münasibətləri tam nizama sala bilməyib. Belə şəraitdə İranla münasibətlərin pozulması Pekinin də maraqlarına cavab vermir. Sanksiyalar altında olan İran üçün də Çin həddən artıq əhəmiyyətli dövlətdir. Çin dünyanın iqtisadi gücünə görə ikinci dövlətidir. Ona görə də İran heç zaman bu cür xırda ziddiyyətləri böyüdüb, Çinlə münasibətləri pozmaz. Əksinə, onların daha da yaxınlaşmaq ehtimalı daha çoxdur”.

Bizim.Media
Ivan
Nice blog here! Also your site quite a bit up fast!
What host are you using? Can I get your affiliate hyperlink
for your host? I wish my website loaded up as quickly as yours lol

My webpage สาระน่ารู้ทั่วไป
Lavonda
Excellent post. I used to be checking continuously this blog and I'm impressed!
Very helpful info specifically the closing phase :) I take care of such information much.
I used to be looking for this certain info for a very lengthy time.
Thank you and good luck.

My webpage :: Betflix auto