Gündəm / Cəmiyyət
04 iyun 2024
0
"Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirilib
Audiovizual Şura onlayn media subyektləri üçün "Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masa keçirib.
Tədbirdə 22 onlayn media subyekti iştirak edib.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Şura ilə onlayn media subyektləri ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Aparat rəhbəri həmçinin telekanallarda aparılan monitorinqlərin aparılması ilə bağlı məlumat verib.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Şuranın fəaliyyəti barədə, həmçinin "Media haqqında" qanunla nəzərdə tutulan sanksiyaların hansı hallarda nəzərdə tutulması hallarından danışıb.
Tədbirdə eyni zamanda "Audiovizual mediada uşaq hüquqlarının qorunması" kitabı haqqında məlumat verilib.
Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı jurnalistlərin etik davranış qaydaları barədə məlumat verilib.
Sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Daha çox xəbər:
Audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları TƏSDİQLƏNDİ
Gündəm / SiyasətBu qaydanı pozan media orqanları cərimələnə bilər
Gündəm / CəmiyyətTV-lərin reytinqini ölçmək üçün şirkət yaradıldı
Gündəm / CəmiyyətAudiovizual Şura bu barədə televiziya kanallarına xəbərdarlıq etdi
Gündəm / CəmiyyətSpace TV-nin yayımı söyüşə görə 3 saatlıq dayandırılacaq
Gündəm / Cəmiyyət