Gündəm / Cəmiyyət
11 iyun 2024
0
Ukraynaya göndərilən yardımın dəyəri açıqlandı
“Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
C.Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı qeyd olunub.
Daha çox xəbər:
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Gündəm / CəmiyyətUkraynaya misli görülməmiş yardım edilir - 500 milyon avro
Gündəm / DünyaCeyhun Bayramov Beynəlxalq Donorlar Konfransında iştirak etdi
Gündəm / SiyasətPrezidentdən Ukraynaya humanitar yardımın göstərilməsi üçün 7,6 milyon dollarlıq SƏRƏNCAM
SiyasətLatviya dronların ilk partiyasını Ukraynaya göndərəcək
Gündəm / Dünya