Gündəm / Cəmiyyət
20 iyun 2024
0
Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir
Rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza mexanizmi olmalıdır.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, belə nikahlar uzun müddət davam etmir: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur”.
“Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Bu sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır”, - C.Məmmədov əlavə edib.
Daha çox xəbər:
Rəsmi nikah tələb etmədən dini kəbin kəsən axundlara nəzarət SƏRTLƏŞDİRİLİR – Komitədən XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətNikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilsin! - TƏKLİF
Gündəm / Cəmiyyət18 yaşadək nikah istisnaları ləğv edilə bilər
Gündəm / CəmiyyətMilli Məclisdə ictimai dinləmə keçirilir
Gündəm / DünyaAzərbaycanda boşanmalar niyə artıb?
Gündəm / Cəmiyyət