Gündəm / Dünya
27 iyun 2024
0
100 il sonra türklər İranda hakimiyyətə gəlir – Xəbərdarlıq
İran prezidentliyinə namizəd Məsud Pezeşkianın reytinq cədvəlində önə keçməsi hakimiyyəti, mühafizəkar siyasi cərəyan və fars miliyyətçiləri ilə yanaşı Tehran rejiminə müxalifətdə olanları da narahat edib.
Bununla bağlı Tehrana müxalif təşkilatların mətbu orqanlarında materiallar dərc olunur.
Belə ki, İran Xalq Mücahidləri təşkilatı və ölkədə şahlıq üsul-idarəsinin bərpasını tələb edən təşkilatlar digər namizədlərdən fərqli olaraq, repressiyalarda əli olmayan türk namizədə qarşı geniş təbliğat kampaniyası başladıb. Xüsusən iyunun 26-ı axşam saatlarında Məsud Pezeşkianın Təbrizə gəlməsi, azərbaycanlıların onu türkcə şüarlarla qarşılamasından sonra bu antitəbliğat kampaniyaları daha da genişlənib. Onlar Keşikçilər Şurasının (Konstitusiyaya Nəzarət Şurası) Məsud Pezeşkianın namizədliyini təsdiq etməsini səhv adlandıraraq, burada qaranlıq məqamların olduğunu bildiriblər.
Həmin təşkilat və siyasi qruplaşmaların bir neçəsi birbaşa və dolayı yolla Məsud Pezeşkianın qələbəsinin qarşısını almaq üçün namizədlərin bir namizədin xeyrinə geri çəkilməsini təklif ediblər. Qeyd olunan siyasi cərəyanlar və hakimiyyətə bağlı bir sıra media orqanlarında “100 illik fasilədən sonra türklər hakimiyyətə qayıda bilər!” məzmunlu xəbərdarlıq mahiyyətli materiallar paylaşıblar.
Tehran rejiminə müxalifətdə olan həmin siyasi qruplaşmalarla hakimiyyətin radikal mühafizəkar qanadının mövqeyi üst-üstə düşdüyü üçün İran mediası da az dəyişikliklə qeyd olunan tələbləri əks etdirir.
Bəzi müstəqil və tərəfsiz siyasi ekspertlər bunu “üç fərqli qütbün türklərə qarşı məcburi birliyi” kimi dəyərləndirirlər.
Qeyd edək ki, 1925-ci ildə ingilislərin dəstəyi ilə Əhməd şah Qacarı devirərək, hakimiyyətə gələn Pəhləvi fars millətçiliyini dövlətin əsas siyasdətinə çevirmişdir.(Axar.az )
Daha çox xəbər:
İranda prezidentliyə namizədin teledebatında qalmaqal olub
Gündəm / Dünyaİranda prezidentliyə ən gənc NAMİZƏD - DOSYE
Gündəm / Dünyaİranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? - TƏHLİL
Gündəm / Siyasətİranda “WhatsApp” da bloklandı
Gündəm / Dünyaİranda üç qardaş eyni vaxtda edam edildi
Gündəm / Dünya