Gündəm / Cəmiyyət
27 iyun 2024
1
General Salahov təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib.
General Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Əldə etdiyimiz digər məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.
Polkovnik Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bundan əlavə, müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. Müharibədən bir müddət sonra N.Mövlanov Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini təyin edilib.
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərir.(qafqazinfo)
Fotoda polkovnik Nizami Mövlanov


Daha çox xəbər:

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanına VƏZİFƏ VERDİ
Gündəm / Cəmiyyət
DSX rəisinin yeni müavini kimdir? - DOSYE
Gündəm / Cəmiyyət
Hikmət Mirzəyev müdafiə nazirinin müavini TƏYİN EDİLDİ
Gündəm / Cəmiyyət
General-leytenant Oruc Zalov təqaüdə göndərildi - ÖZƏL
Gündəm / Siyasət
Ölməz qəhrəmanımızın doğum günüdür
Gündəm / Cəmiyyət