Gündəm / Cəmiyyət
27 iyun 2024
0
Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib - YENİLƏNİB
Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik edilib.
Dəyişiklikdən irəli gələrək 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan- Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin adında və hüdudlarında qismən dəyişiklik edilir.
***
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi müzakirə edir.
Bununla bağlı MSK-nın iclasının gündəliyində nəzərdə tutulub.
Həmçinin MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini də gündəliyə daxil edib.
Daha çox xəbər:
MSK-nın iclasında nələr müzakirə edildi...
---MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqləndi
Gündəm / Cəmiyyətİlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi - Təsdiqləndi
Gündəm / SiyasətXankəndidə yeni seçki məntəqəsi YARADILACAQ
Gündəm / CəmiyyətMedia nümayəndələrindən şikayət daxil olmayıb - Mətbuat Şurası
Gündəm / Cəmiyyət