Gündəm / Cəmiyyət
28 iyun 2024
1
18 yaşı olmayanlar nikaha girə bilməyəcək
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına icazə verilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hal ləğv edilib.
Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, nikah yaşı qəti olaraq 18 yaş müəyyən olunur.
Hazırkı vaxta qədər isə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilirdi.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Daha çox xəbər:

Nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilsin! - TƏKLİF
Gündəm / Cəmiyyət
QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək - YENİLƏNİB
Gündəm / Cəmiyyət
18 yaşadək nikah istisnaları ləğv edilə bilər
Gündəm / Cəmiyyət
Ekstradisiya sahəsində səlahiyyətli orqanlar dəyişir
Gündəm / Cəmiyyət
Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ - VİDEO
Gündəm / Cəmiyyət