Gündəm / Cəmiyyət
28 iyun 2024
0
Diplomatik personal xidməti üçün parkinq ödənişsiz olacaq
Nəqliyyat vasitələrini xidməti parklanma yerində ödənişsiz saxlaya biləcək subyektlərin əhatə dairəsi genişləndirilir.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə danışan deputat Kamal Cəfərov deyib.
O bildirib ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilməlidir:
“İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da “sükanı tutmadan hərəkət etmək” sözünün əvvəlinə “sükanı olduğu halda” sözlərinin əlavə edilməsi təklif edilir”.
Qeyd edək ki, qanunvericilikdə skuterlərlə bağlı müddəalar yeni anlayışdır. Dəyişikliyə əsasən, skuterin sükanından tutmadan idarə edən şəxslər inzibati məsuliyyətə cəlb ediləcək.
Daha çox xəbər:
Bu şəxslər üçün viza tələbi ləğv edilir
Gündəm / CəmiyyətAzərbaycan bu ölkə ilə qarşılıqlı viza rejimini ləğv edir
Gündəm / CəmiyyətBazar günləri avtomobilin parklanması pulsuz olacaq
Gündəm / CəmiyyətBirinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
Gündəm / Şou"Yol hərəkəti haqqında" qanuna yeni maddə əlavə edilir
Gündəm