Gündəm / Cəmiyyət
05 iyul 2024
1
Tələbə kreditləri üçün müraciət etmək istəyənlərin nəzərinə!
2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna iyulun 9-da start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.
Bildirilib ki, tələbələr sözügedən tarixindən başlayaraq portala daxil olaraq təhsil tələbə kreditindən yararlana bilərlər.
Qeyd edilib ki, Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan vətəndaşları təhsil tələbə kreditinə müraciət edə bilərlər.
Xatırladılıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən ali təhsil pilləsinin magistratura təhsil səviyyəsinə qəbul olunmuş şəxslər portal.edu.az vasitəsilə təhsil müəssisəsində tələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraq təhsil tələbə kreditinə də müraciət edə biləcəklər.
Daha çox xəbər:
Özəl universitetlərdə oxuyan tələbələr də kredit götürə biləcək? - Nazir müavini AÇIQLADI
Gündəm / CəmiyyətTəhsil krediti götürmək istəyən tələbələrin NƏZƏRİNƏ
Gündəm / CəmiyyətPrezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Gündəm / SiyasətMüharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Gündəm / Siyasət100 tələbəyə “Heydər Əliyev adına təqaüd”ü veriləcək - 3000 manat
Siyasət