Gündəm / Cəmiyyət
26 iyul 2024
0

Amerikalı səyyah: Dinc sakinlərin ölümü faciədir



Ölkənin hər yerində, xüsusən də Qarabağda gözəl mənzərələr gördük.

Bunu Laçında jurnalistlərə açıqlamasında amerikalı səyyah Filipp İzedian (Philippe Izedian) deyib.

O qeyd edib ki, şəhərdə bərpa işləri sürətlə davam edir.

Səyyah işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı mövzuya da toxunub: “Minatəmizləmə prosesi təhlükəsiz deyil, bəzən də kiminsə minaya düşməsi ilə bağlı xəbər eşidirik. Dinc sakinlərin ölümü faciədir. Azərbaycan hökuməti minatəmizləmə prosesi üzərində işləyir”.

F.İzedian onu da qeyd edib ki, yenidən Azərbaycana gəlməkdən şad olacaq və dostlarına mütləq bu yerlərə baş çəkməyi tövsiyə edəcək: “Bu, mənim Azərbaycana ikinci, işğaldan azad edilmiş ərazilərə isə ilk səfərimdir. Dostlarıma bura gəlməyi mütləq tövsiyə edəcəm, bura çox gözəldir”.

Qeyd edək ki, son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vilinin (Charles Veley) rəhbərliyi ilə 13 ölkədən 35 tanınmış səyyah daxildir. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Səfər dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan MTP (Most Traveled People) səyahət klubu tərəfindən təşkil olunub.