Gündəm / Cəmiyyət
26 avqust 2024
0
Bu otellərin reklamları yayımlanmayacaq
Ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımı dayandırılacaq.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində açıq məkandakı reklamlarda ulduz dərəcəsini düzgün qeyd etməyən hotellər və hotel olmayan yerləşmə vasitələri barəsində müzakirələr aparılıb.
Bir sıra hotellərin müvafiq sertifikata malik olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirmələri, həmçinin, "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilən tələblərə cavab verməyən bir sıra yerləşmə vasitələrinin "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozmaları müəyyən edilib.
İstehlakçıların aldadılmasının və yanlış məlumatlandırılmasının qarşısını almaq, hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə ulduz kateqoriyasını düzgün qeyd etməyən mehmanxanaların açıq məkandakı reklamlarının yayımının dayandırılması qərarlaşdırılıb.
Hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə bu istiqamətdə yaxın müddətdə görüləcək işlər haqqında fikir mübadiləsi edilib.
Bildirilib ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
İclasda DTA tərəfindən Bakı, Abşeron və Sumqayıtdakı hotellərə ulduz dərəcələrinin təyin edilməsi və sertifikatlaşdırılması prosesinin yekunlaşdığı vurğulanıb.
Qeyd edilib ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.
Daha çox xəbər:
Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edildi
Gündəm / Cəmiyyətİlham Əliyev Turizm haqqında qanunu TƏSDİQLƏDİ
Gündəm / SiyasətBu şəxslərin elektron qeydiyyatının aparılması qaydası təsdiqləndi
İqtisadiyyatRegional turizm idarələri yaradıldı - Prezidentdən FƏRMAN
Gündəm / Siyasət"Otellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər var" - Fuad Nağıyev
Gündəm / Cəmiyyət