Gündəm
15 iyul 2020
48
Yaralı əsgərlər ön cəbhəyə qayıtmaq istəyir
Milliinfo.az
Düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər tərəfindən yardım göstərilir
XeberOxu.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Televiziyası (AzTV) erməni erməni hərbçilərinin təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitalda olub.
Hospitalda əsgərlərin vəziyyəti barədə məlumat verən tibb xidməti polkovniki Roman Çobanov bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər tərəfindən yardım göstərilir: “Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizin bir arzusu var, o da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaq”.
Hospitalda müalicə alan əsgər Əliyev Novruz Əlixan oğlu bildirib ki, özünü yaxşı hiss edir və tez sağalmasını istəyir: “İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm”.
Hadisə nəticəsində yaralanan digər əsgər Mehdiyev Vüqar Elbrus oğlu da sağalaraq ön xəttə qayıtmaq istədiyini, düşmənə qarşı vuruşmağa davam etmək arzusunda olduğunu deyib.

Daha çox xəbər:

Bakıda hospitalda yeni doğulmuş oğlan uşağı öldü
Gündəm
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü: Çox sayda yaralı var
Hadisə
SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı
Hadisə
Daha bir həkim koronavirusdan öldü
Dünya / Səhiyyə
Son dəqiqə! Bakıda 20 yaşlı qız özünü BİNADAN ATMAQ İSTƏYİR - VİDEO
Hadisə