Gündəm / Cəmiyyət
27 avqust 2024
0

Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

Gömrük Komitəsinin sədr müavini işdən çıxarıldı

 
Dövlət Gömrük Komitəsinin sədr müavini işdən çıxarılıb. 

DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini idi.

Xatırladaq ki, dünən Baş Prokurorluq Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşının korrupsiya cinayətləri ilə əlaqədar həbs edilməsi barədə məlumat yayıb.(Unikal)