Gündəm / Cəmiyyət
03 sentyabr 2024
0
Vakant yerlərə qəbul olan abituriyentlərin nəzərinə!
Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 16 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2024-cü il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
Daha çox xəbər:
Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Gündəm / TəhsilAli məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi sabah başa çatacaq
Gündəm / TəhsilAli məktəblərə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ: Son tarix AÇIQLANDI
Gündəm / ŞouBu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır
CəmiyyətAli təhsil müəssisələrinə qeydiyyat bu gün başa çatır
Gündəm / Cəmiyyət