Gündəm / Cəmiyyət
06 sentyabr 2024
0
İtaliya Prezidenti: Çernobbio Forumu qitə üçün bir fürsətdir
Bu forum qitə üçün bir fürsətdir, çalışırıq belə tədbirləri keçirərək fikir və təklifləri bölüşək.
"Report"un İtaliyaya ezam olunan əməkdaşının məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Mattarella “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda onlayn çıxışı zamanı deyib.
“Qərarlarımız Aİ çərçivəsində yekdil olmalıdır. Birmənalı olaraq bu gün biz həmrəylik dəyərlərini davam etdiririk. Biz bilirik ki, bu forum Avropanın siyasi səhnəsində uzunmüddətli bir layihədir", - o qeyd edib.
İtaliya prezidenti vurğulayıb ki, sülh səyləri dayanmamalı, həmçinin islahatlar davam etdirilməlidir:
"Bəzi hallarda Aİ-nin bir sıra üzvləri elə vəziyyətdə qalırlar ki, qəbul edilməyən seçimlər edirlər. Bəziləri bunu iqtisadi və siyasi məsələlərlə əlaqələndirirlər. Biz bu uzun yolda irəliyə gedərkən bir-birimizin maraqlarını nəzərə almalı, Aİ-nin maliyyə durumunu fikirləşməliyik. İtaliya Aİ-yə müraciət edərək yaşıl keçidə daha böyük diqqət yetirilməsinə çalışır. Həmçinin süni zəka sahəsinə, onun inkişafına diqqət yetirilməlidir, sülh üçün səylər dayanmamalıdır".
Daha çox xəbər:
İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Gündəm / Siyasətİtaliya Prezidenti: “Ukrayna ən qısa zamanda Aİ-yə daxil olacaq”
Dünyaİlham Əliyev İtaliyada beynəlxalq forumda iştirak edir
Gündəm / SiyasətPrezidentlərin işçi naharı başladı
Gündəm / Siyasətİtaliya Prezidenti parlamenti buraxdı
Gündəm / Dünya