Gündəm / Cəmiyyət
14 sentyabr 2024
0
Rüsvayçılıq: Putin Ermənistan səfirini qəbul etmədi
“Mülki Müqavilə” dövlət protokolunun əsas tələblərinə məhəl qoymamaqda davam edir ki, bu da öz növbəsində Ermənistanın xarici reytinqinə son dərəcə mənfi təsir göstərir.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, bu ilin avqustunda Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş Dövlət Dumasının keçmiş deputatı Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Bu, rəsmi olaraq səlahiyyətlərin qəbul edilməsinə işarədir:
“Dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan məmur adətən etimadnaməsinin surətini ilk olaraq vəzifələrini icra edəcəyi dövlət başçısına verir. Lakin Arsenyan Putin tərəfindən qəbul edilməyib”.
Nəşr etimadnamənin surətinin dövlət başçısından öncə XİN rəhbərinin müavini Mixail Qaluzinə təqdim edilməsini “Ermənistan tarixində görünməmiş hadisə”, rüsvayçılıq adlandırıb.
Qeyd edək ki, Ermənistan rəsmi mənbələri Arsenyanın etimadnaməsini qarşıdakı günlərdə Putinə təqdim edəcəyini bildirib.
Daha çox xəbər:
Ceyhun Bayramov Niderlandın yeni səfiri ilə görüşüb
Gündəm / Siyasət / DünyaPaşinyanın Rusiyaya səfəri başlayıb
DünyaTacikistanın Xarici işlər nazirinin müavininə Ermənistanın son təxribatları haqqında məlumat verilib
SiyasətXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / CəmiyyətCeyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / Dünya