Gündəm / Dünya
20 sentyabr 2024
0
Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.
Bu barədə şuranın Mətbuat xidməti öz feysbuk hesabında paylaşım edib.
Teleqrama qadağa qoyulması barədə qərar sentyabrın 19-da verilib.
Məlumata görə, məmur, hərbi qulluqçu, təhlükəsizlik və müdafiə sahəsinin əməkdaşları, eləcə də vacib infrastruktur operatorlarına xidməti cihazlarda teleqramı quraşdırmaq və mesencerdən istifadə qadağan edilib.
Bununla yanaşı, sözügedən qadağa xidməti öhdəliyinə teleqramdan istifadə də daxil olan dövlət qulluqçularına şamil edilməyəcək.
Bildirilib ki, bu barədə qərar təhlükəsizlik məsələlərinə görə verilib. Ukrayna xüsusi xidmət orqanları Rusiyanın teleqramı kiberhücum və raket hücumlarını tənzimləmək üçün istifadə etdiyini iddia edib.
Daha çox xəbər:
Bu ölkənin dövlət qurumlarında "TikTok", "Instagram" və "Twitter" qadağan edildi
DünyaUkraynada bir neçə yüksəkvəzifəli məmur istefaya göndərildi - Yenilənib
Gündəm / DünyaRusiyada da plastik qablardan istifadə qadağan ediləcək
İqtisadiyyatRusiyalılara şəxsi avtomobil və tualet kağızı ilə Aİ-yə giriş qadağan olundu
Gündəm / DünyaPrezident MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərini qəbul edib
Gündəm / Siyasət