Gündəm / Dünya
24 yanvar 2023
8

Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefaya göndərildi - Yenilənib

Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefaya göndərildi - Yenilənib


Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko istefa verib.

Bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbəyə istinadən “Ukrainskaya pravda” yayıb.

Məlumata görə, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin edilməsi planlaşdırılır.

Eyni zamanda, Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin hərbi-mülki administrasiyalarının rəhbərlərinin də istefa verəcəkləri qeyd olunur. Bununla belə, sözügedən şəxslərin istefa səbəbi açıqlanmayıb.

K.Timoşenko daha sonradan istefa verməsi barədə məlumatları təsdiq edib.

Belə ki, o, öz teleqram kanalında istefa ərizəsinin fotosunu paylaşıb.

Xatırladaq ki, Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç yanvarın 17-si istefa verdiyini açıqlayıb.

Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefaya göndərildi - Yenilənib

***

Ukraynanın Baş prokurorunun müavini Aleksey Simonenko da istefaya göndərilib. Ukrayna mediasının məlumatına görə, Simonenko 2022-ci ilin sonu İspaniyaya istirahətə yollanıb. Onun sözügedən ölkəyə Lvovlu sahibkarın avtomobili ilə yollandığı bildirilir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən isə, ölkədə hərbi vəziyyət olduqda dövlət qulluqçuları yalnız xidməti ezamiyyətlə bağlı ölkəni tərk edə bilərlər.
Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefaya göndərildi - Yenilənib

Bununla yanaşı, Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov da istefa verib. Buna səbəb isə ukraynalı hərbçilər üçün şişirdilmiş qiymətlə qida məhsullarının alınması ilə bağlı ittihamlar olub.
Ukraynada bir neçə yüksəkvəzifəli məmur istefaya göndərildi - Yenilənib

***

“RBK-Ukraina”nın məlumatına görə, ölkənin Nazirlər Kabinetinin bu gün keçirilən iclasında daha bir neçə nazir müavininin istefaya göndərilməsi barədə qərar qəbul edilib.

Burada söhbət Ukraynanın ərazi və icmaların inkişafı nazirinin müavinləri İvan Luker və Vyaçeslav Neqod, ölkənin sosial siyasət nazirinin müavini Vitaliy Muzıçenkodan gedir.

Bununla yanaşı, iclas zamanı Dnepropetsovsk, Kiyev, Sumı, Xerson və Zaporojye vilayətlərinin hərbi administrasiya rəhbərləri də istefaya göndərilib.