Gündəm / Dünya
23 sentyabr 2024
0
KİV: Ukrayna Baş Kəşfiyyat İdarəsinin xakerləri iki Rusiya bankının saytına kiberhücum həyata keçirib
“Rosselxozbank” və “Moskva Kredit Bankı” xaker hücumuna məruz qalıb. Hücumları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) kibermütəxəssisləri həyata keçirib.
Bu barədə "RBC-Ukrayna"ya xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.
Məlumata görə, saytların işi pozulub, onlayn bank xidmətlərinə çıxış yoxdur, mobil proqramlar işləmir.
Eyni zamanda bankların texniki xidmətləri hələlik servislərin stabil fəaliyyətinin nə vaxt bərpa olunacağını təxmini müəyyən edə bilmir.
Mənbələr Rusiyanın maliyyə sisteminin son rusiyalı hərbçinin Ukrayna ərazisini tərk etməsinə qədər zərbələrə tab gətirəcəyini qeyd ediblər.
Bu yaxınlarda BKİ kibermütəxəssisləri Rusiyanın ən böyük banklarına, xüsusən də “Bank Russia”, “Tinkoff Bank”, “Gas Bank” və s. hücum ediblər.
Daha çox xəbər:
Ukrayna yazda Rusiyaya qarşı böyük hücuma hazırlaşır
Gündəm / DünyaUkrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”
Gündəm / DünyaUkrayna ilk dəfə Tatarıstana hücum etdi, yaralılar var - PUA zavodu hədəfə alınıb...
Gündəm / DünyaBudanov yeni əks-hücumun vaxtını açıqladı
Gündəm / DünyaBudanov: Say və silah baxımından ruslardan geridə qalırıq
Gündəm / Dünya