Gündəm / Dünya
01 oktyabr 2024
0
SON DƏQİQƏ! Hizbullah Mossad qərargahına hücum etdi
Hizbullah Təl-Əvivdəki Mossad qərargahına raketlərlə hücum etdiyini bildirib.
Bu barədə hərəkatın Telegram kanalında məlumat verilib.
Bundan əlavə, radikallar şəhərin kənarında yerləşən İsrail hərbi kəşfiyyat bölmələrinin bazasına da raketlər atıblar. vakansiya
Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərə” başladığını elan edib. İsrail ordusunun məlumatına görə, reydlərdə əvvəllər Qəzza zolağında fəaliyyət göstərən 98-ci diviziya iştirak edir. Quru qoşunlarına hava qüvvələri və artilleriya dəstəyi verilir. Eyni zamanda “Al Mayadeen” telekanalı qeyd edib ki, İsrail ordusu hissələrinin Livan ərazisinə daxil olması ilə bağlı hələ məlumat yoxdur.
NATO isə bildirib ki, alyans Livandakı münaqişədə iştirak etmir.
Daha çox xəbər:
İsrailin səhər hücumu: ölənlərin sayı 200-ə çatır
Gündəm / DünyaLivan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb
Gündəm / Cəmiyyətİsrail ordusu "Hizbullah"ın Livandakı hərbi strukturlarına hücum edib
Gündəm / Dünya“Hizbullah”ın daha bir komandiri Livanda həlak oldu
Gündəm / DünyaQəzzada ölən israilli hərbçilərin sayı AÇIQLANDI
Gündəm / Dünya