Gündəm / Hadisə
09 oktyabr 2024
0
Türkiyə mafiyası azərbaycanlı iş adamını GÜLLƏLƏDİ

Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin Gürsu qəsəbəsində baş verib. Naməlum şəxslər motosikletlə gələrək, çayxanada azərbaycanlı iş adamını ayağından güllələyiblər.
Zərəçəkən polisə müraciətində onların “Daltonlar” adlanan cinayət qruplaşmasının üzvləri olduğunu deyib. Belə ki, qruplaşmanın üzvü iş adamına yaxınlaşaraq, “Can Daltonun salamı var” deyib və atəş açaraq, onu ayağından yaralayıb. Buna səbəb isə iş adamının başqa bir biznesmenə borclu olmasıdır. Borcu bir müddət gecikdiyi üçün həmin biznesmen adı çəkilən qruplaşmadan azərbaycanlıya “xəbərdarlıq” edilməsini istəyib.
Polisin Bursa, İstanbul, Muğla və Hatayda keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı 10 nəfər saxlanılıb. Məlum olub ki, cinayətkar qruplaşma üzvləri azərbaycanlının yaşadığı əraziyə əvvəlcədən kəşfiyyat üçün gəliblər. Bunun üçün onlar həmin ərazidə yaşayan şəxslərin köməyindən istifadə ediblər.
Məlumata görə, saxlanılanlar arasında “Daltonlar” qruplaşmasının rəhbəri B.A. da var. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndəriliblər.




Daha çox xəbər:

Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum OLUB
Gündəm / Hadisə
Türkiyənin Bursa şəhərində faciə baş verib.
Hadisə
Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı
Gündəm / Cəmiyyət
Bakıda kişi vəsiyyət edib özünü güllələdi
Gündəm / Hadisə
Azərbaycanlı aktyor Türkiyədə BELƏ GÜLLƏLƏNDİ - ANBAAN VİDEO
Gündəm / Hadisə