Gündəm / Cəmiyyət
22 oktyabr 2024
0
İş icazələri ilə bağlı yenilik
Müddəti uzadılmış iş icazələri elektron üsulla əldə olunacaq.
Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.
Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha çox xəbər:
Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Gündəm / Cəmiyyət / SosialBu məhsulların idxalının gömrük rüsumundan azad edilməsi müddəti uzadılır
Gündəm / CəmiyyətParlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Siyasət / İqtisadiyyat / Cəmiyyət / SosialBu dövlət rüsumu ləğv edilir
Gündəm / İqtisadiyyat“ASAN Xidmət”ə yeni səlahiyyətlər verildi
İqtisadiyyat