Gündəm / İqtisadiyyat
23 sentyabr 2022
13
Bu dövlət rüsumu ləğv edilir

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.

Daha çox xəbər:

Şəxsiyyət vəsiqəsi üçün rüsumlar DƏYİŞİR
Gündəm / Cəmiyyət
Media üçün dövlət rüsumu 10 dəfə azaldılır
Gündəm / Cəmiyyət
Rüsumlarla bağlı dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə edildi
Gündəm / Cəmiyyət
Azərbaycanda ət ucuzlaşacaq
Gündəm / Cəmiyyət
Xəbər 24/04/2020 15:54PaylaşTwitterFacebookA+A- Konsul əməliyyatları üçün dövlət rüsumu azaldıldı
İqtisadiyyat / Cəmiyyət / Sosial