Gündəm / Cəmiyyət
06 noyabr 2024
0
Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb. Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.
Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha çox xəbər:

İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar
Gündəm / Siyasət
Azərbaycan dünya dini liderlərinin görüşünün keçirilməsinə hazırdır
Gündəm / Siyasət
Prezident: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaradır
Gündəm / Siyasət
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Gündəm / Mədəniyyət
Əli Əsədov Məhəmməd Azmanla görüşdü
Gündəm / Siyasət