Gündəm / Siyasət
14 noyabr 2022
6
Əli Əsədov Məhəmməd Azmanla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 14-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının (İSSA) prezidenti Məhəmməd Azman ilə görüşüb.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə İSSA ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib.
Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verilib.
Görüş zamanı, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Daha çox xəbər:

Əli Əsədov Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşdü
Gündəm / Siyasət
Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü
Gündəm / Siyasət
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə GÖRÜŞÜB
Gündəm / İqtisadiyyat
Əli Əsədov bu nazirliklə bağlı QƏRAR İMZALADI
Gündəm / Siyasət
Əli Əsədov BƏƏ-yə getdi - FOTOLAR
Gündəm / Siyasət