Gündəm / İqtisadiyyat
14 noyabr 2024
0
Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib
Azərbaycan "Baker Hughes" şirkəti ilə emissiyaların azaldılmasına yönəlik fəaliyyəti müzakirə edib.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.
“Görüşdə ölkəmizin “yaşıl gələcəy”inə şirkətin verə biləcəyi töhfələr, dayanıqlı biznes modellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatda səmərəliliyin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirdik”, deyə M.Cabbarov bildirib.
Daha çox xəbər:
Azərbaycan "Google" ilə COP29 üzrə prioritetləri müzakirə edib
Gündəm / İqtisadiyyatCeyhun Bayramov MDB XİN başçılarınA COP29-a hazırlıqdan DANIŞDI
Gündəm / CəmiyyətCOP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib
Gündəm / CəmiyyətCeyhun Bayramov icraçı katiblə görüşdü
Gündəm / SiyasətBaş Prokuror BMT-nin Baş katibinin müavini ilə görüşüb
Gündəm / Cəmiyyət