Gündəm / Dünya
07 dekabr 2024
0
Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırıb
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr İraqda səfirlik açmalıdır.
Bunu İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, İraqın TDT-də müşahidəçi kimi iştirakı da vacibdir:
“Ortaq mirasımız olan Məhəmməd Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Biz Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT-nin digər üzv dövlətlərinə səslənirəm: siz də Azərbaycan kimi İraqda səfirlik açın”.
Daha çox xəbər:
İlham Əliyev Qazaxıstana səfər edəcək
Gündəm / SiyasətƏrdoğan TDT-dən danışdı: Başda Azərbaycan olmaqla...
Gündəm / SiyasətTürk dövlətləri arasında ticarət dövriyyəsi ildə 42 milyard dollara çatıb
DünyaTürk Dövlətləri Təşkilatına üzv ölkələrin Logistika Forumu keçiriləcək
Gündəm / DünyaTDT liderlərinin 12-ci sammiti 2025-ci ildə Azərbaycanda keçiriləcək
Gündəm / Cəmiyyət