Gündəm / Dünya
09 dekabr 2024
0
KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub
İsrail ordusu Suriya ilə sərhəddəki Qolan təpələrindəki bufer zonadan kənara çıxıb.
Bu barədə "The New York Times" İsraildəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail qoşunlarının Qolandan kənarda yerləşdirilməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlıdır və bu, regionda qeyri-sabitliyin artmasına səbəb ola bilər.
İsrail Ordusunun bufer zonadan kənarda olduğunu dolayısı ilə təsdiqləyən Baş Qərargah rəisi Herzi Halevinin Suriya ərazisinə qoşun yeritməklə bağlı açıqlamaları olub.
Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib.
Bundan əvvəl Baş nazir Benyamin Netanyahu iki ölkə arasında 1974-cü ildə əldə edilmiş razılaşmanın iflasa uğradığını bildirib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Daha çox xəbər:
KİV: Suriya üsyançıları İsrail sərhədi yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürüblər
Gündəm / DünyaSuriya ordusu Həmadan geri çəkilib
DünyaKİV: Suriya qoşunları Hələb yaxınlığında əks-hücuma keçib
Gündəm / Dünyaİsrailin Qəzzadakı quru əməliyyatı 3 ay davam edə bilər
Gündəm / DünyaQəzzada ölən israilli hərbçilərin sayı AÇIQLANDI
Gündəm / Dünya