Gündəm / Dünya
12 dekabr 2024
0
Slovakiyanın Baş naziri: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər
Ukrayna Rusiya ilə müharibə nəticəsində ərazilərinin üçdə birini itirəcək.
Bunu Slovakiyanın Baş naziri Robert Fiço Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, Qərb 1938-ci ildə Çexoslovakiyanı qurban verdiyi kimi gələcəkdə Kiyevi də qurban verə bilər. Elə bir an gələcək ki, Qərb deyəcək: “Biz bacarmadıq, ona görə də Ukraynanı itirdik”.
Baş nazir hesab edir ki, Qərb Ukraynaya xarici qoşunların mövcudluğu kimi təhlükəsizlik təminatları təklif etməyəcək.
Qeyd edək ki, 1938-ci ilin sentyabrında Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət başçıları Münhen sazişini imzalayıblar. Bu sənədlə Çexoslovakiya Üçüncü Reyx hakimiyyəti, Polşa və Macarıstan arasında bölüşdürülüb.
Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin gələn il başa çatacağını istisna etmir.
Daha çox xəbər:
Qərb müharibənin nə vaxt başa çatacağını bildirib
DünyaDmitri Peskov: De-fakto müharibə şəraitindəyik
Gündəm / Dünya"Qərbin silah ehtiyatları tükənir, müharibəni bitirmək barədə müzakirələr gedir" - “Sky News"
Gündəm / DünyaUkrayna müharibəni uduzub, Zelenski məsuliyyət daşıyır! - Tramp İTTİHAM ETDİ
Gündəm / SiyasətBu ölkə Ukraynaya hərbi yardımdan imtina etdi
Gündəm / Cəmiyyət