Gündəm / İdman
17 dekabr 2024
0
DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirli içki qəbul etmək qadağan olunacaq.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
FIFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.
Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında yaranmış vəziyyətdən nəticə çıxarıb. Qurum həmin vaxt stadionlarda pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.
Beləliklə, FIFA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.
Qeyd edək ki, dekabrın 11-də DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.

Daha çox xəbər:

FİFA qərar verdi - DÇ ərzində stadionlarda spirtli içki satılmayacaq
Gündəm / İdman
Futbol üzrə dünya çempionatında daha bir QADAĞA
Gündəm / İdman
UEFA oyunlarının Rusiyada nümayişi qadağan oluna bilər
İdman
Dünya Çempionatının arenalarının tikintisi zamanı 500-ə qədər miqrant ÖLÜB
Gündəm / Dünya
Dünya çempionatı ilə vidalaşan ilk komanda məlum oldu
Gündəm / İdman