Gündəm / Dünya
09 yanvar 2025
0
Putinin sözçüsü: Rusiya Azərbaycan təyyarəsi ilə bağlı obyektiv araşdırma aparılmasında maraqlıdır
Rusiya Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.
Kremlin sözçüsü əlavə edib ki, rusiyalı mütəxəssislər istintaqa köməklik göstərir.
"Prezident Putin və Prezident İlham Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib", - deyə Peskov vurğulayıb.
Daha çox xəbər:
Kreml Putinin koronavirusa qarşı peyvənd olunmamasına aydınlıq gətirib
Siyasət / DünyaRusiya İlham Əliyev və Paşinyan görüşü üçün öz ərazisini təklif etdi
Gündəm / SiyasətPeskov Putinin yerini açıqladı
DünyaPeskov: Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib
Gündəm / SiyasətKazanda Putin və Ərdoğan arasında görüş… - Peskov
Gündəm / Dünya