Gündəm / Cəmiyyət
09 yanvar 2025
0
Qubadlıda yük maşını aşdı - Xəsarət alan var
![Qubadlıda yük maşını aşdı - Xəsarət alan var](https://azadmedia.az/uploads/posts/2025-01/1736424228_1736422268_1707222875_1707222118_1511165461_qeza_yuk_masini_tir_0236-768x403-1.jpg)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Hal kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qubadlı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İVECO” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalmış 1995-ci il təvəllüdlü Rəhimli Kənan Səyyad oğlunu çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Avtomobil dərəyə aşdı - Xəsarət alanlar var](https://azadmedia.az/uploads/posts/2023-11/1700231107_bb127915-b6f2-4c3c-84ca-01b68de80f62jpg-1700229160-1.jpg)
Avtomobil dərəyə aşdı - Xəsarət alanlar var
Gündəm / Hadisə![İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video](https://www.xeberler.org/uploads/posts/2024-03/medium/1711450269_hunday-qeza1.jpg)
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
Hadisə / Gündəm![Bakıda ağır QƏZA: Yük avtomobilləri toqquşdu](https://www.xeberler.org/uploads/posts/2022-06/medium/1656478585_1656477558_1655142948_62a750ef7c73e62a750ef7c73f165513239962a750ef7c73962a750ef7c73b.jpg)
Bakıda ağır QƏZA: Yük avtomobilləri toqquşdu
Gündəm / Hadisə![Bakıda iki azyaşlı quyuya düşərək ölüb](https://azadmedia.az/uploads/posts/2023-05/1684385002_aba09134-bb8b-3530-a51e-eb74259ca37c_850.jpg)
Bakıda iki azyaşlı quyuya düşərək ölüb
Gündəm / Hadisə![Bakıda yataqxanada partlayış olub - 1 ölü, 2 yaralı](https://azadmedia.az/uploads/posts/2023-05/1683695846_1683692243_645aceb337918645aceb3379191683672755645aceb337916645aceb337917.jpeg)
Bakıda yataqxanada partlayış olub - 1 ölü, 2 yaralı
Hadisə