Hadisə / Gündəm
26 mart 2024
1
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
Goranboy rayonu, Goranlı kəndi ərazisində qəza baş verib və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Hunday” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülərdən biri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Daha çox xəbər:
Avtomobil dərəyə aşdı - Xəsarət alanlar var
Gündəm / HadisəŞəkidə üçü azyaşlı olmaqla dörd nəfər ölüb - YENİLƏNİB
Gündəm / HadisəBakıda ağır QƏZA: Yük avtomobilləri toqquşdu
Gündəm / HadisəPartlayışdan sonra iki nəfər dağıntılar altından çıxarıldı - (YENİLƏNİB)
Gündəm / HadisəAzərbaycanda yataqxanada yanğın - 15 nəfər təxliyə edildi (YENİLƏNİB)
Gündəm / Siyasət