Gündəm / Dünya
08 yanvar 2025
0
Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb
İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan yanvarın 8-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var: "Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var”.
XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir: "Sazişin 17 bəndindən 15-i üzrə razılıq var".(Report)
Daha çox xəbər:
XİN: Bu il Ermənistanla sərhədin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb
Gündəm / İqtisadiyyatSərhəd komissiyalarının növbəti görüşü gələn həftə keçiriləcək
Gündəm / SiyasətCeyhun Bayramov erməni nazirlə görüşdə bunları deyib - XİN açıqlama yaydı
Gündəm / SiyasətAzərbaycan-Ermənistan delimitasiya komissiyası Moskvada görüşəcək
Gündəm / DünyaSülh danışıqları dalana dirənib? - İrəvan AÇIQLAMA VERDİ
Gündəm / Cəmiyyət