Gündəm / Siyasət
09 yanvar 2025
0
Ayxan Hacızadə: Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir
Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
Onun sözlərinə görə, Ermənistanın "sülhsevər narrativi" regionda davamlı sülh və sabitliyin qurulmasının ən mühüm sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini gözardı edir:
"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın".
N.Paşinyan bildirib ki, Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir:
"Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi hesab edilə bilməz".
Daha çox xəbər:
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Gündəm / Siyasət“Onlar Qarabağdan tamamilə çıxmalıdır”
Gündəm / Siyasət“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”
Gündəm / SiyasətAyxan Hacızadə: “Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdır”
Gündəm / SiyasətAyxan Hacızadə XİN və MN-in birgə brifinqinin məqsədini açıqladı
Cəmiyyət