Gündəm / Siyasət
05 iyul 2023
0
“Onlar Qarabağdan tamamilə çıxmalıdır”
“Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib.
“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.
Daha çox xəbər:
"Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir" - Dövlət başçısı
Gündəm / SiyasətQoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul edib
Siyasət"Ermənistanla sülh sazişi imzalamaq istəyirik" - İlham Əliyev
Gündəm / SiyasətPrezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Gündəm / SiyasətAzərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir
Siyasət