Gündəm / Cəmiyyət
06 yanvar 2025
0
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Azərbaycan vətəndaşı Becanov Taleh Mehdi oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Taleh Becanovun Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Taleh Becanov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Daha çox xəbər:
Gürcüstanda tutulan şəxs Azərbaycana gətirildi
Gündəm / HadisəBeynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi
Gündəm / HadisəBeynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Gündəm / CəmiyyətAxtarışa verilmiş şəxs ölkəmizə ekstradisiya olundu
Gündəm / HadisəBu şəxslər Azərbaycana təhvil verildi
Gündəm / Cəmiyyət