Gündəm / Hadisə
13 yanvar 2025
0
Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlanıb

Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Daha çox xəbər:

Nəzrinin ölümündə ittiham edilən sınıqçı ev dustağı oldu
Gündəm / Cəmiyyət
Masallıda 30 yaşlı kişi döyülüb öldürüldü
Gündəm / Hadisə
Bakıda ana və uşağının binadan yıxılıb ölməsi barədə cinayət işi başlandı
Gündəm / Dünya
Zavodun 5 əməkdaşının ölməsi ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
Gündəm / Dünya
Bakıda öz həmyerlisini öldürən Çin vətəndaşı HƏBS EDİLDİ
Hadisə