Gündəm / Cəmiyyət
09 dekabr 2024
4
Sabirabadda Gənclər Narkotikə yox deyir şuarı altında regional konfrans keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Gənclər Narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsinin ikinci konfransının icrasına star verdi. Konfrans Sabirabad Dövlət Sosial İqtisadi Kollecində keçirildi.
Qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihənin rəhbəri Büllur Məmmədovadır.
Layihənin ideası Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarətdir.
Layihənin qısa məzmunu ondan ibarətdir ki, gənclərin narkotik vasitələrdən asılılığının əvvəlcədən qarşısını almaq məqsədilə regionlarda konfranslar təşkil olunur.
Məqsəd ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının qarşısını almaq və ümumiyyətlə buna yol verməmək, bunun üçün qabaqlayıcı maarifləndirmə tədbirləri təşkil etmək, yeni nəsil nümayəndələrinin sağlam həyat tərzi sürməyə üstünlük verməklə narkotik maddə istifadə etmək təhlükəsindən uzaqlaşmalarına, narkotik maddə istifadəçisi olan gənclərin statistikasında sürətli şəkildə azalmaya nail olmaqdır.







Daha çox xəbər:

“Gənclərin Anti-narkomaniya” ictimai birliyi narkomaniya əleyhinə layihəyə start verdi
Gündəm / Cəmiyyət
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi
Gündəm / Cəmiyyət
“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Lənkaranda təqdimatını keçirdi
Gündəm / Cəmiyyət
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxının hazırlanması və maarifləndirmə tədbirlərinin təşkili layihəsinə start verdi
Gündəm / Cəmiyyət
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyi antinarkomaniya mübarizəsi çərçivəsində “Həyatına dəyər ver” sosial çarxını hazırladı
Sosial