Gündəm / Cəmiyyət / Dünya
11 oktyabr 2020
31
Türkiyədəki 45 azərbaycanlı həkim hərbçilərə tibbi yardım üçün Vətənə gəldi
Milliinfo.az
Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Səfirliyinin və TƏBİB-in dəstəyi ilə Türkiyədə çalışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.“Report”un məlumatına görə, azərbaycanlı həkim heyəti Ankaranın Esenboğa Hava Limanından yola salınıblar.
Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkimlərin və Türkiyədəki həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilib.

Daha çox xəbər:

Azərbaycanlı gənc ABŞ-da dəm qazından zəhərlənərək öldü
Cəmiyyət / Hadisə
Azərbaycan koronavirusla mübarizə üçün yeni layihəyə başlayır
Gündəm / Cəmiyyət / Dünya / Səhiyyə
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişdi
Dünya
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
Dünya / Səhiyyə
Bu da oldu - Azərbaycanlı qız ərəbə ərə getdi
Gündəm