Gündəm
01 yanvar 2021
30
Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlanıb
Milliinfo.az
Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.“Report” xəbər verir ki, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.
“Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, - U.Tadevosyan vurğulayıb.
O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:
“Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir”.

Daha çox xəbər:

Tovuzda ermənilərin top mərmisinin qalıqları aşkarlandı
Gündəm
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
Hadisə
Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb
Gündəm
FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm / Hadisə
Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO
Gündəm