Gündəm / Cəmiyyət / Sosial
16 yanvar 2021
90

Yanvarın 18-də bu şəhər və rayonlarda karantin postları yığışdırılır - DYP

Yanvarın 18-də bu şəhər və rayonlarda karantin postları yığışdırılır - DYP

Milliinf.az

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

N.Piriyev qeyd edib ki, “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunduğundan postların fəaliyyətinə ehtiyac qalmır:

"Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq".

Onun sözlərinə görə, rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət 25 yanvaradək qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək.