Gündəm / Sosial
09 iyul 2021
47
Gələn ilin sonunda “Xocasən” metrostansiyası istifadəyə veriləcək
Bakı metropolitenin “Xocasən” stansiyası 2022-ci ilin sonunadək istifadəyə veriləcək.
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, son dövrlərdə Xocasən qəsəbəsində, eləcə də qəsəbəyə yaxın ərazilərdə əhalinin sayının sürətlə artmasını nəzərə alaraq, istismara veriləcək stansiya burada yaşayan əhalinin ictimai nəqliyyata olan tələbatını ödəyəcək:
“Burada qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə “Bakmil” kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın gələn ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”.
QSC-nin rəsmisi əlavə edib ki, hər bir stansiya istismara verildikdən sonra həmin ərazidən istifadə edən sərnişinlər hansı ictimai nəqliyyata üstünlük verməyi müəyyən edirlər:
“Hazırda “8 noyabr” stansiyası fəaliyyət göstərir, lakin onun sərnişin kontingentinin hələ tam müəyyən olunduğunu demək olmaz. Çünki stansiya istismara verilsə də, həmin ərazidə yaşayan və işləyən insanlar müəyyən müddət keçdikdən sonra hansı nəqliyyat növündən istifadə edəcəkləri barədə qərar verirlər. Bu günədək istismara verilən bütün stansiyalarda da belə olub. Sərnişin kontingenti təqribən 6 ay ərzində tam formalaşır”.
Daha çox xəbər:
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
CəmiyyətGələn ay Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək
Cəmiyyət / Sosial"Bakı Metropoliteni"ndə kadr dəyişikliyi olub
Gündəmİndiyə qədər ölkə üzrə 180 piyada keçidi istifadəyə verilib, 9 ərazidə iş gedir
İqtisadiyyatBakı Metrosu bayram günlərində işləyəcəkmi? - AÇIQLAMA
İqtisadiyyat / Sosial