Gündəm / Siyasət
19 iyul 2021
28
Ceyhun Bayramov Pakistana başsağlığı verdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pəncab əyalətində baş vermiş qəza ilə bağlı Pakistana başsağlığı verib.
Bunu Ceyhun Bayramov öz tvitter hesabında yazıb.
“Pakistanın Pəncab əyalətində baş vermiş dəhşətli avtobus qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Allah qəza qurbanlarına rəhmət etsin, yaralılara isə tezliklə şəfa versin. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığımızı veririk”, - deyə nazir bildirib.
Qeyd edək ki, Pakistanın Pəncab əyalətində yük maşını ilə avtobus toqquşub, nəticədə 30 nəfər həlak olub, 40-dan çox sərnişin xəsarət alıb.

Daha çox xəbər:

Pakistanda dəhşətli qəza: 27 sərnişin həlak oldu
Gündəm / Cəmiyyət
Ceyhun Bayramovdan Türkiyəyə dəstək paylaşımı - FOTO
Siyasət
Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Siyasət
Ceyhun Bayramov Rusiyaya səfər edəcək
Siyasət
Ceyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın mülki əhaliyə hücumları barədə məlumatlandırıb
Siyasət / Dünya