Gündəm
26 iyul 2021
89
Bələdiyyə sədri doğulub böyüdüyü kəndində ki, çay fabrikin adını düz-əməlli bilmir.
Bələdiyyələrin fəaliyyəti sənədlərin hazırlanmasından, sənədləşdirmədən və sənədlərlə işin təşkilindən birbaşa asılıdır. Masallı rayonunun Bədəlan bələdiyyəsinin sədri Mətanət Paşayevanın imzaladığı təkçə bir məlumatverici məktub təsdiq edir ki, bu yerli özünüidarə qurumunda idarəetmənin əsasını və hərəkət formasını təşkil edən sənədləşdirmə sahəsində ciddi nöqsanlar var.
Bu da onu deməyə əsas verir ki, sənədlərin tərtibinə, rəsmiləşdirilməsinə, sənədlərin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinə, sənədlərin hazırlanmasında ümumi tələblərə dair bələdiyyə sədrinin məlumatı aşağı səviyyədədir.
Mətanət Paşayevanın rəsmiləşdirdiyi vətəndaş Eynullayev Eldar Tağı oğluna ünvanladığı 11 iyul 2021-ci il tarixli 15 nömrəli sənədin hazırlanması və tərtib olunmasında qeyri peşəkarlığı bələdiyyə sədrinin cavabdehliyini yaradır. Mətanət Paşayeva bilərəkdən və ya kargüzarlıq prosesini tənzimləyən qanunları, normativ aktları, vahid dövlət kargüzarlıq sistemi ilə bağlı savadsızlığından bələdiyyənin trafaret mətnli sənəd blankında zəruri rekvizitləri əks etdirməmişdir. Bələdiyyənin sənəd blankında məlumat almaq üçün telefon nömrəsi və müraciət etmək üçün elektron poçtu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) rekvizitləri yazılmayıb.
Zəruri rekvizitlərin olmaması sənədləri hüquqi qüvvədən salır. Mətanət Paşayeva bilməlidir ki, rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir.
Mətanət Paşayeva rəsmi sayıb imzaladığı sənəddə əsas xüsusiyyətləri - dilin maksimum mükəmməlliyini, fikrin tam aydınlığını, sözlərin birmənalılığını, fikrin hüquqi cəhətdən əsaslandırılmasını və dil yığcamlığını bilməməzlikdən nəzərə almamışdır. Məsələn, sənədin birinci cümləsindəki “Bədəlan bələdiyyəsinə ünvanladığınız müraciətlə olaraq bildiririk ki...” nə deməkdir, necə başa düşülməlidir? Bələdiyyə sədri özü imzaladığı və vurduğu möhürü mikroskopla görünən məktubu görəsən, nəzər yetiribmi, diqqətlə oxuyubmu?
Rəsmi sənədin həmin cümləsində hekayə dilində yazdığı “köhnə çay fabriki” ifadəsi hüquqi mənada Mətanət Paşayevanın kobud səhvidir. Hüquqi adda “köhnə çay fabriki” yoxdur! Qeyd olunan müəssisənin rəsmi adı “1 nömrəli Masallı çay fabriki” olmuşdur. Bələdiyyə sədri doğulduğu və böyüdüyü kəndindəki çay fabrikin adını düz-əməlli bilmir.İnsanların az qala bir əsrə yaxın sakini olduğu, nəsil dəyişdirdiyi yaşayış evlərini Mətanət Paşayeva məktubunda “yataqxana” adlandırır. Mənzil fondunun bu iki kateqoriyasının fərqini bilməyən bələdiyyə sədrinin həm də anlayışı yoxdur ki, yaşayış evlərinin mənzilləri insanlara birdəfəlik, yataqxanalar isə müvəqqəti verilir. Həmin evlərdəki mənzillər o dövrün qüvvədə olan və bu gün də hüquqi əhəmiyyətini saxlayan qanununa uyğun olaraq 1 nömrəli Masallı çay fabrik həmkarlar təşkilatının qərarı ilə işçilərə verilib.Mətanət Paşayeva vaxtilə 1 nömrəli çay fabrikin balansında olmuş yaşayış evlərinə imzaladığı rəsmi sənədlə “Dövlət mülkiyyətinə aid olan mülklərdir” təyinatını verir. Halbuki bu evlər 30 ilə yaxındır ki, Masallı Rayon İcra Hakimiyyətinin, bələdiyyə fəaliyyət göstərən gündən bu qurumun nəzarət və qayğısından kənarda qalıb. Belə isə bu evlər dövlətin hansı qrumunun balansındadır? Bələdiyyə sədri nöqsanlı, qüsurlu məktubu ilə bunun izahını vermək bacarığını göstərə bilməmişdir.
Məqsədimiz bələdiyə - “Çay fabriki” yaşayış evlərin əlaqələri deyil, tərtib edib imzalaması ilə faktların sübutu olmalı olan sənədə bələdiyyə sədri Mətanət Paşayevanın diletant münasibətini aşkarlamaqdır. Ağına-bozuna baxmadan ünvanına məktub göndərilən vətəndaş həmin sənədi informasiya daşıyıcısı və hüquq əhəmiyyətli mənbə kimi qəbul etməyə haqqı var.

Millitv.az