Gündəm / İqtisadiyyat
31 iyul 2021
33
Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti qalxdı - RƏSMİ
Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.
Milliinfo.az-ın məlumatına görə, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.
O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: “Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”.
Qeyd edək ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.

Daha çox xəbər:

Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama
Gündəm
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
İqtisadiyyat
Tramp "Light" markalı neftin qiymətinin enməsini maliyyə təzyiqi ilə izah edib
İqtisadiyyat / Dünya
Azərbaycanda ilk dəfə elektrobus istehsal olunub - FOTO
Cəmiyyət
“Brent” neftinin qiyməti 27 ABŞ dollarından yuxarı qalxıb
İqtisadiyyat / Dünya