İqtisadiyyat / Dünya
01 may 2020
36

“Brent” neftinin qiyməti 27 ABŞ dollarından yuxarı qalxıb

Milliinfo.az

“Brent” neftinin qiyməti 27 ABŞ dollarından yuxarı qalxıb



“Brent” neftinin qiyməti 27 ABŞ dollarından yuxarı qalxıbDünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 04:15-ə olan duruma görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,15% artaraq bir barel üçün 27,58 ABŞ dollarına çatıb.

WTI markalı yüngül neftin iyul fyuçerslərinin qiyməti isə 6,16% artaraq bir barelə görə 20 ABŞ dolları təşkil edib.